Rusiyalı məşhur idmançı Paris olimpiadasına lisenziya əldə edə bilməyib
Üzgüçülük üzrə altıqat dünya çempionu, rusiyalı Yuliya Yefimova Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün lazımi nəticəni göstərə bilməyib.
Demedia.az TASS-a istinadən xəbər verir ki, idmançı Baham adaları çempionatında 100 metr məsafəyə brass üsulu ilə üzməkdə 1 dəqiqə 07,98 saniyə nəticə ilə finala yüksəlib.
Olimpiya normativini yerinə yetirmək üçün o, məsafəni 1 dəqiqə 06,79 saniyəyə qət etməli idi.
Daha əvvəl Yefimova 200 metr məsafəni brass üsulu ilə 2 dəqiqə 29,09 saniyəyə qət edərək olimpiadaya lisenziya qazana bilməyib.
Yay Olimpiya Oyunlarına normativin yerinə yetirilməsi üçün son tarix iyunun 23-dür.
Qeyd edək ki, Yefimova neytral status alan yeganə rusiyalı üzgüçüdür. Bu da ona beynəlxalq yarışlarda iştirak etmək hüququ verir. Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.