Azərbaycan atleti Qazaxıstanda bürünc medal qazanıb



 15:49 24.06.2024     320

Azərbaycan atleti Rüstəm Məmmədov Qazaxıstanın Almatı şəhərində Dünya Atletikasının bürünc səviyyəli yarışı olan XXXIII Qusman Kosanov Memorialında uğurlu çıxış edib.

Atletika Federasiyasından Demedia.az-a verilən məlumata görə, milli üzvü üçtəkanla tullanmada 16.12 metr nəticə göstərib.

Bu nəticə ilə R.Məmmədov bürünc medal qazanıb.