"Turan Tovuz" 71 yaşlı Kurbana tapşırıldı



 13:30 25.06.2024     321

Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.

Demedia.az  xəbər xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Avqustun 25-də 72 yaşını qeyd edəcək türkmənistanlı mütəxəssislə 2+1 illik müqavilə bağlanılıb.

Daha çox Rusiya təmsilçisi “Rubin”dəki fəaliyyəti ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.

“Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-2021-ci illər mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.