İngiltərə millisi Avropa çempionatında öz rekordunu yeniləyib



 11:48 26.06.2024     280

İngiltərə millisi Avropa çempionatında öz rekordunu yeniləyib.

Demedia.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda ardıcıl 4-cü dəfə Avropa çempionatlarında qrup mərhələsini uduzmadan adlayıb.

Komanda ardıcıl beşinci dəfə Avropa çempionatlarında pley-offa vəsiqə qazanıb. Bundan başqa Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv Avropa çempionatlarının qrup mərhələlərində keçirdiyi son 14 matçda məğlubiyyət üzü görməyib.

Qeyd edək ki, İngiltərə millisi AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində Sloveniya ilə qarşılaşıb. Qolsuz bitən görüşdən sonra komanda qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb.