Danimarka millisinin baş məşqçisi: Qrup mərhələsini keçdiyimiz üçün xoşbəxt olmalıyıq



 12:30 26.06.2024     291

Qrup mərhələsini keçdiyimiz üçün xoşbəxt olmalıyıq. Ona görə də gəlin buna çox sevinək.

Demedia.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Danimarka millisinin baş məşqçisi Kasper Yulmann Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda qarşılaşdıqları Serbiya ilə matçdan sonra mətbuat konfransında deyib.

"Biz Danimarka futbolunu, müxtəlif klublarda əla iş görən minlərlə könüllüləri təmsil edirik. Hər kəsin komandasıyıq və biz buna sevinməliyik", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, C qrupunda baş tutan görüşdən (0:0) sonra Danimarka ikinci pillənin sahibi kimi 1/8 finala yüksəlib.