Gürcüstan millisinin üzvü Avropa çempionatlarının tarixinə düşüb
Gürcüstan millisinin üzvü Corc Mikautadze Avropa çempionatları tarixində qrup mərhələsinin ilk üç oyununda fərqlənməyi bacaran 9-cu futbolçu olub.
Demedia.az xəbər verir ki, 23 yaşlı hücumçudan əvvəl Mişel Platini (1984), Alan Şirer (1996), Xristo Stoiçkov (1996), Savo Miloşeviç (2000), Milan Baroş (2004), Rud van Nistelroy (2004), Qaret Beyl (2016) və Kriştianu Ronaldu (2021) ilk üç oyunda qol vurmağı bacarıblar.
Qeyd edək ki, C.Mikautadze Almaniyada təşkil olunan AVRO-2024-ün bombardirləri siyahısına 3 qolla başçılıq edir.