Alacaqları mükafatı görün kimlərə bağışlayacaqlar



 15:30 29.06.2024     317

Almaniya millisinin futbolçuları Avro-2024-də iştiraka görə aldıqları mükafatın əhəmiyyətli hissəsini evsizlər üçün xeyriyyə təşkilatlarına bağışlamağa qərar veriblər.

Demedia.az  xəbər verirlər ki, bu barədə “Bild” məlumat yayıb.

Mənbənin məlumatına görə, Almaniya komandası bu yarışın 1/8 finalına yüksəldiyi üçün 50 min avro alıb. Avro-2024-ün 1/4 finalına yüksəldiyi təqdirdə Almaniya millisi 100 min avro, yarımfinalda 150 min avro, finala yüksəlmək üçün 250 min avro, turnirin qalibi olsa, 400 min avro qazanacaq.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsində Almaniya Danimarka ilə qarşılaşacaq. Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.