Messi 14 ildə ilk dəfə bunu bacarmadı
Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunun qrup mərhələsində qol vura bilməyib.
Demedia.az xəbər verir ki, 37 yaşlı futbolçu Kanada (2:0) və Çiliyə (1:0) qarşı 2 oyun keçirib. O, zədə səbəbindən Peru ilə görüşü (2:0) buraxıb.
“OneFootball”un məlumatına görə, 2010-cu il dünya çempionatından sonra ilk dəfə olaraq Messi böyük turnirin qrup mərhələsində millinin heyətində qol vura bilməyib.