Türkiyə millisində 2 ciddi itki



 14:00 03.07.2024     303

Türkiyə millisi Avro-2024-ün 1/4 final mərhələsi çərçivəsində keçiriləcək Niderland ilə oyuna itkilərlə çıxacaq.

Demedia.az xəbər verir ki, yarımmüdafiəçilər Orkun Kökcü və İsmayıl Yüksek cəzalı duruma düşüb. Hər iki oyunçu ötən gecə 1/8 finalıb Avstriya ilə matçında sarı vərəqə alıb. Bu, onların turnirdəki ikinci "sarı"sı olduğundan qarşıdakı matçı buraxmalı olacaqlar.

Qeyd edək ki, iyulun 6-da keçiriləcək Niderland - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.