“Qarabağ”ın cavab oyununun vaxtı açıqlandı



 18:00 06.07.2024     398

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb.

Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda oynanılacaq qarşılaşma iyulun 30-da reallaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş saat 20:00-da start götürəcək.

Ağdam klubu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.