31 yaşlı futbolçu öldü



 16:30 06.07.2024     431

Misir millisinin və “Fyüçe” klubunun futbolçusu Əhməd Refaat vəfat edib.

Demedia.az  xəbər verir ki, Misir Futbol Federasiyası 31 yaşlı futbolçunun ölümü ilə əlaqədar yaxınlarına başsağlığı verib.

Reffat “Əl İttihad”la martın 11-də keçirilən oyun (0:0) zamanı özünü pis hiss edib. Final fitinə 2 dəqiqə qalmış futbolçu yıxılaraq huşunu itirib. Oyun dayandırılıb, Refaat isə xəstəxanaya aparılıb. Hücumçu həmin vaxtdan komada olub.