“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusuna 10 oyunluq cəza verildi
“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Mirbağır İsayev ağır cəzaya məruz qalıb.
Demedia.az xəbər verir ki, hazırda “Səbail”də çalışan 48 yaşlı mütəxəssis AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Buna səbəb U-17 Liqasında “Keşlə” ilə görüşdə M.İsayevin AFFA rəsmilərini təhqir etməsi olub. Onun qarşıdakı 10 görüşdə stadiona girişinə qadağa qoyulub.