"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi olub



 18:45 07.07.2024     418

"Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası Estoniyada keçirilən "Tallinn Cup"ın qalibi olub.

Demedia.az -ın məlumatına görə, Ağdam təmsilçisi yarışdakı sonuncu oyunda yerli "Trans Narva" ilə üz-üzə gəlib.

Rəqibini 2:0 hesabı ilə üstələyən "köhlən atlar" beynəlxalq turnirin qalibi olub.

Qeyd edək ki, U-16-nın baş məşqçisi Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqovdur.