Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib? - RƏSMİ AÇIQLAMA



 21:00 15.07.2024     544

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” dövlət nömrə nişanını bağışladığı vurğulanıb.

Demedia.az bildirir ki, məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Qafqazinfo”ya açıqlama verib.

Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:

“Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var”.