Neymar yenidən yaşıl meydanlara qayıdıb
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı hücumçusu Neymar yenidən məşqlərə başlayıb.
Məlumata görə, bu barədə klubun mətbuat xidməti xəbər verib.
Neymar 2023-cü ilin yayında "Əl-Hilal"a keçib. 32 yaşlı braziliyalı sol dizindəki çarpaz bağ və menisk yırtıldığı üçün ötən ilin oktyabrından komandasına kömək edə bilməyib. Klub həkimləri isə futbolçunun zədəsini bərpa etdiyini və yenidən yaşıl meydanlara qayıtdığını bildiriblər.
Qeyd edək ki, Neymar daha əvvəl PSJ, "Barselona" və "Santos" klublarında çıxış edib. O, Braziliya millisində 128 oyun keçirib və 79 qol vurub.