“Barsa” Avro-2024-ün tapıntısı üçün ilk təklifi etdi
“Barselona” “RB Leipziq” və İspaniya yığmasının hücumameyilli yarımmüdafiəçisi Dani Olmonun transferi üçün ilk rəsmi təklifini edib.
Demedia.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Onların məlumatına görə, “Barselona” futbolçu üçün bonuslar da daxil olmaqla 60 milyon avro təklif edib. Olmonun özünə 6 illik müqavilə təklif olunub. Futbolçu qərarını hər iki kluba mümkün qədər tez bildirməlidir.