"Mançester Yunayted" hücumçu üçün fantastik təklif göndərib



 21:30 23.07.2024     397

"Mançester Yunayted" "RealMadrid"in vingeri Vinisius Junioru heyətinə qatmaq üçün fantastik məbləğ təklif edib.

Demedia.az  Marca.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" 23 yaşlı futbolçuya ümumi maaşı 200 milyon avro olan 5 illik müqavilə təklifi göndəriblər.

Həmçinin klub braziliyalının transferi üçün Madrid təmsilçisinə 230 milyon avro təklif edib. Futbolçunun özü isə "Real"dan ayrılmaq fikrində deyil.

Xatırladaq ki, Vinisius 2018-ci ilin iyulunda "Flamenqo"dan "Real"a keçmişdi. Ötən mövsüm o, 39 oyuna çıxıb, 24 qol vurub və 11 qolun ötürməsini verib.