"Real" 35 yaşlı futbolçunu hədəfə aldı



 12:00 24.07.2024     302

"Borussiya Dortmund"un sabiq müdafiəçisi Mats Hummels "Real"ın heyətinə qoşula bilər.

Demedia.az  xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

"Los Blankos" rəhbərliyi 35 yaşlı futbolçu ilə əməkdaşlıqda maraqlıdır. Qeyd olunur ki, "Real"ı danışıqlarda ləngidən məqam Çempionlar Liqasına vəsiqə qazanan "Bolonya"nın da müdafiəçinin xidmətində maraqlı olmasıdır.

Alman müdafiəçinin xidmətində "Roma" və "Komo" da maraqlıdır.

Qeyd edək ki, ötən mövsüm Hummels bütün yarışlarda 40 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

1