“Sabah” legioneri ilə yollarını ayırdı



 20:30 26.07.2024     398

“Sabah” daha bir futbolçu ilə yollarını ayırıb.

Demedia.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Jarl Marqarita paytaxt təmsilçisini tərk edib. Bakılılar 24 yaşlı niderlandlı ön xətt oyunçusu ilə müqaviləyə xitam verildiyini bəyan edib.

Bu, yay fasiləsində “Sabah”da 6-cı əcnəbi ayrılığıdır. Marqaritaya qədər Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi və Emmanuel Apeh kimi legionerlər də “Sabah”dan ayrılmışdılar.