Paris-2024: Medal ümidimizdən uğursuzluq



 18:00 27.07.2024     411

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Demedia.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən və medal ümidlərimizdən biri olan idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib. Rəqibinə uduzan Ağayev mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.