Kişi bayraqdarımız da Paris-2024-lə vidalaşdı



 15:00 29.07.2024     436

Daha bir idmançımız üçün Parisdə keçirilən Yay Olimpiya Oyunları erkən başa çatıb.

Demedia.az xəbər verir ki, söhbət milli komandamızın kişi bayraqdarı və boksçumuz Məhəmməd Abdullayevdən gedir.

+92 kq çəki dərəcəsində çıxış edən idmançımız almaniyalı Nelvi Tiafakla qarşılaşıb. Bu görüşdə idmançımız məğlub olub.

Qeyd edək ki, digər bayraqdarımız, cüdoçu Gültac Məmmədəliyeva da Paris-2024-lə vidalaşıb.