Zelim çempion! - Yenilənib -VİDEO
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarında 1/8 final görüşünə çıxıb.
"Qafqazinfo" xəbər verir ki, burada polşalı Pyotr Kuçera ilə qarşılaşıb.
İdmançımız bu görüşdə ipponla qalib gələrək 1/ 4 finala adlayıb.
***
İdmançımızın 1/4 finaldakı rəqibi israilli Peter Palçik olub.
***
Zelim Kotsoyev Peter Palçikə qalib gələrək yarımfinala çıxıb.
***
Cüdoçumuz yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
***
Zelim Kotsoyev yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevə qalib gələrək finala adlayıb. O, finalda gürcüstanlı İlia Sulamanidze ilə qarşılaşacaq.
***
Azərbaycanlı cüdoçu Zelim Kotsoyev finalda gürcüstanlı İlia Sulamanidzeyə qalib gələrək, ölkəmizə ikinci qızıl medalı qazandırır.