19 yaşlı futbolçunu 70 milyona satdılar: Belə təklifdən imtina edə bilməzdik
“Benfika”nın prezidenti Rui Kosta 19 yaşlı portuqaliyalı yarımmüdafiəçi Joao Neveşin PSJ-yə keçdiyini təsdiqləyib.
Demedia.az xəbər verir ki, “Bəli, hər şey həll olunur. Joaonun bizi tərk edəcəyini bilmək kədərlidir. O, ən yaxşı oyunçu və gözəl insandır. Bu gün biz 70 milyon avro dəyərində sövdələşmədən imtina edə bilmərik”, - deyə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Kostadan sitat gətirib.
Neves “Benfika”nın yetirməsidir. 2023/2024 mövsümündə o, klubun heyətində 55 matçda 3 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, futbolçunun dəyəri 55 milyon avrodur.