Yığmamız Avropa Kubokunda ÇEMPİON OLDU



 09:48 25.04.2022     245

Cüdo üzrə Azərbaycan millisi Xorvatiyanın Dubrovnik şəhərində başa çatan Avropa Kubokunda ümumi hesabda çempion olub.

Demedia.az xəbər verir ki, 25 ölkədən 257 idmançının qatıldığı turnirdə 10 cüdoçu ilə təmsil olunan yığma 4 qızıl və 1 bürünc medal qazanıb.

Bununla da Azərbaycan medal əyarına görə, komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, millinin heyətində İsmayıl İbrahimov (66 kq), Nəriman Mirzəyev (73 kq), Zelim Tçkayev (81 kq) və İmran Yusifov (+100 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medala sahib çıxıb.