"Qarabağ" "Ludoqorets"i darmadağın etdi



 01:05 14.08.2024     634

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçı start götürüb.

Demedia.az xəbər verir ki, qarşılaşma "Ludoqorets Arena"da keçirilir.

Matçı italiyalı baş hakim Simone Soçça idarə edir.

İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası cavab görüşündə 7:2 hesablı möhtəşəm qələbə qazanaraq tarixində 3-cü dəfə ÇL-in pley-offuna yüksəlib. Ağdam təmsilçisi buna qədər 2 dəfə ÇL-də pley-offda oynayıb. Komanda eyni zamanda ən pis halda Avropa Liqasında Liqa mərhələsinə vəsiqəni təmin edib.

***

22:00. “Ludoqorets” (Bolqarıstan) - “Qarabağ” (Azərbaycan) - 2:7 (Əlavə vaxt)

Qol: Juninyo, 7 (1:0), Kvadvo Dua, 13 (1:1), 23-pen. (2:1), Yassin Benzia, 45+1-pen. (2:2), Patrik Andrade, 45+5 (2:3), Toral Bayramov, 93 (2:4), Cica, 111 (2:5), Andrade, 112 ( 2-6). Yassin Benzia, 118 (2:7)