Qurban Qurbanov “Qarabağ”da baş məşqçi kimi 600-cü oyununa çıxıb
Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib.
Demedia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley matçı Premyer Liqanın XXIV turuna təsadüf edib.
“Qəbələ” ilə səfərdəki qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
50 yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunduğu 2008-ci ilin yayından indiyədək bütün turnirlərdə baş tutan 600 qarşılaşmanın 337-də "köhlən atlar" qələbə qazanıb.
Komanda 153 dəfə heç-heçəyə imza atıb, 110 dəfə məğlubiyyətlə üzləşib.