Ronaldo DÇ-2026-da oynayacaq?



 16:00 03.09.2024     423

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı danışıb.

Demedia.az xəbər verir ki, 39 yaşlı superulduz bu barədə hələ dəqiq qərar vermədiyini bildirib:

“Özümü yaxşı hiss edirəm. Amma 2026-cı illə bağlı suala cavab verə bilmərəm. Mən anı yaşayıram. Bu, hazırda çox müsbətdir. Çalışacağıq ki, Millətlər Liqasında uğur qazanaq. DÇ-2026-ya gəlincə, hələ çox uzun bir yol var”.

Qeyd edək ki, Ronaldo Portuqaliya millisinin sentyabrda Millətlər Liqasında keçiriləcək oyunlarına çağırılıb.