Sabiq "Real"lı Mbappeni görün nəyə bənzətdi: Sıxırsan...



 12:15 05.09.2024     305

“Real”ın sabiq futbolçusu Xoselu Kilian Mbappedən danışıb.

Demedia.az  xəbər verir ki, o, fransalı futbolçunun tədricən uyğunlaşacağını bildirib:

“Mən "Real"ın nə olduğunu bilirəm və Mbappenin hansı vəziyyətdə olduğunu da anlayıram. Kilian bir şüşə ketçup kimidir. Əvvəlcə sıxırsan, heç bir şey olmur. Amma sonra bütün pomidor sousu bir anda çıxır. O, artıq “Betis”lə oyunda 2 qol vurub və bundan sonra da vuracaq. Mbappe "Real"ın tarixinə düşəcək - özü və ətrafındakılarla birlikdə”.

Qeyd edək ki, Xoselu bu yay Madrid klubundan Səudiyyə Ərəbistanının “Əl-Qarafa” klubunda transfer olunub.