Cəzalı pilotu Bakıda o əvəz edəcək



 17:30 06.09.2024     377

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisində Kevin Maqnussenin əvəzinə "Haas" komandası üçün yarışacaq pilotun adı müəyyənləşib.

Demedia.az  xəbər verir ki, cəzalı Maqnusseni britaniyalı pilot Oliver Berman əvəzləyəcək.

Kevin 12 cərimə xalı limitinə çatdığı üçün bir mərhələ diskvalifikasiya olunub.

Nəzərinizə çatdıraq ki, Berman Formula 2 sürücüsüdür. O, yeni mövsümdə "Haas"ın əsas pilotlarından biri olacaq. Berman Formula 1-də debütünü Səudiyyə Ərəbistanı Qran Prisində "Ferrari"də xəstəxanaya yerləşdirilən Karlos Saynzı əvəz etməklə edib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 13-15 sentyabrda keçiriləcək.