Neymarın son durumu açıqlandı: Nə vaxt qayıdacaq?



 12:00 10.09.2024     400

"Əl-Hilal"ın hücumçusu Neymar noyabrda tam sağalacaq.

Demedia.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin sözlərinə görə, Neymarın reabilitasiyası ləngiyir. Braziliyalıya formada olmaq üçün daha iki ay lazım olacaq. Halbuki əvvəlcə onun bu ay meydanlara qayıtması planlaşdırılırdı.

O, Braziliya yığmasında oynayarkən çarpaz bağınlarını zədələdiyi ötən ilin oktyabrından bəri oynamayıb.

Qeyd edək ki, Neymar 2023-cü ilin yayından Səudiyyə Ərəbistanında çıxış edir.