43 nəfər futboldan ömürlük uzaqlaşdırıldı
Çin Futbol Assosiasiyası (CFA) 43 nəfərin qumarda iştirak və danışılmış oyunlara görə futbol fəaliyyətindən ömürlük uzaqlaşdırıldığını bildirib.
Demedia.az xəbər verir ki, cəzalandırılanlar arasında Çin millisinin keçmiş oyunçuları Çsin Çsindao, Quo Tianyu və Qu Çao, həmçinin cənubi koreyalı oyunçu Sonq Çun Ho da var.
Çin hakimiyyəti iki ildir ki, onlayn qumar, danışılmış oyunlar və rüşvətlə bağlı işləri araşdırır. İstintaqda 120 matç üzrə 128 cinayətdə şübhəli bilinən və 41 futbol klubu iştirak edib. 17 müttəhim 5 il müddətinə diskvalifikasiya olunub.