"Real"da yeni müqavilə
"Real" ukraynalı qapıçı Andrey Luninlə müqavilənin müddətini uzadıb.
Demedia.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Yeni sözləşmənin müddəti 2030-cu ilin yayına qədərdir.
Lunin Madrid klubuna 2018-ci ildə, 19 yaşında olarkən transfer olunub. 2020-ci ildən əsas komandada çıxış edir. Bu illər ərzində Andrey klubla 10 kubok qazanıb.
Ukraynalının əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayında idi.