Ronaldo futbolla vidalaşan əfsanələr haqda danışdı: Bir neçə il oynaya bilərdi



 13:00 14.09.2024     388

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "Real"dakı sabiq komanda yoldaşları yarımmüdafiəçi Toni Kroos və müdafiəçi Pepenin karyeralarını başa vurmasına münasibət bildirib.

Demedia.az  xəbər verir ki, o, Kroosun daha bir neçə il oynaya biləcəyini qeyd edib:

“Bu, onun baxışıdır. Kroosun qərarına hörmət etməliyik. Məncə, o, daha bir neçə il oynaya bilərdi. Pepeyə gəlincə, o, meydanda boss və meydandan kənarda əla oğlan idi”.

Xatırladaq ki, Pepe və Ronaldo birlikdə Portuqaliya millisində də birgə çıxış ediblər.