“Milan” antirekordunu təkrarladı



 21:00 18.09.2024     353

Sentyabrın 17-də “Milan” Çempionlar Liqasının ilk turunda evdə “Liverpul”a 1:3 hesabı ilə uduzub.

Demedia.az xəbər verir ki, qarşılaşma zamanı “rossonerilər” rəqibə hədəfə 11 zərbə vurmağa icazə verib. “Opta”nın məlumatına görə, bu, “Milan”ın Çempionlar Liqasındakı antirekordunun təkrarıdır.

“Milan” daha əvvəl Çempionlar Liqası matçında 2007-ci ildə “Mançester Yunayted” və 2010-cu ildə “Ayaks”a qarşı oyunlarda hədəfə 11 zərbəyə icazə vermişdi.

“Milan”ın “Liverpul”la matçda rəqibin hədəfinə cəmi iki dəfə zərbə endirib.