"Barselona" yeni rekorda imza atdı



 10:00 26.09.2024     293

İspaniyanın "Barselona" komandası yeni rekorda imza atıb.

Demedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Hans Flikin baş məşqçisi olduğu kollektiv buna VII tuda "Xetafe"ni məğlub etdiyi matçda (1:0) nail olub.

Kataloniya təmsilçisi La Liqada 6500-cü qola çatan ilk klubdur. "Barselona" qapısında 3362 qol görüb.

Qeyd edək ki, bütün matçlarda qələbə qazanan komanda 21 xalla turnir cədvəlinə başçılıq edir.