Azərbaycanlı boksçu erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb



 15:00 29.10.2024     585

Azərbaycan boksçusu Əli Əliyev (46 kq) Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında Ermənistan idmançısına qalib gələrək qızıl medal qazanıb.

Demedia.az   xəbər verir ki, Əli Əliyev həlledici görüşdə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Azərbaycan boksçularının Manamada ilk qızıl medalı olub.

Qeyd edək ki, hesabında iki bürünc medal olan oğlanlardan ibarət komandanın heyətində daha 8 boksçu finalda döyüşəcək.