"Beşitkaş" təcili toplanır: Onunla bağlı qərar veriləcək
"Beşiktaş"ın idarə heyəti baş məşqçi Covanni van Bronxorstun vəziyyəti ilə bağlı bu gün təcili toplanacaq.
Demedia.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ertan Süzgün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, İstanbul klubu niderlandlı mütəxəssisi işdən çıxarmaq niyyətindədir. Tezliklə rəsmi açıqlama veriləcək.
Ötən gün “Beşiktaş” Avropa Liqasının 5-ci turu çərçivəsində səfərdə “Makkabi”yə uduzub - 1:3.
29 yaşlı Van Bronxorst 2024-cü il iyulun 1-dən komandanın başına keçib. Onun rəhbərliyi altında "Beşiktaş" 20 oyun keçirib: 10 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət. Komanda Türkiyə çempionatında 6-cı yeri tutur.