Onu Fransa millisinə niyə çağırmayıblar?


"Arsenal"ın müdafiəçiləri Vilyam Saliba və Yurryen Timber zədələnib.
Demedia.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Mikel Arteta məlumat verib.
"Təəssüf ki, Vilyam bir neçə həftəlik sıradan çıxıb. "Nyukasl"a qarşı oyundan sonra bud əzələsində gərilmə yaranıb. Yurryen isə dünən topuq nahiyəsindən əməliyyat olunub. O da bir neçə həftə oynamayacaq", – deyə ispaniyalı mütəxəssis bildirib.
Bu səbəbdən Saliba Fransa millisinə çağırılmayıb.
Qeyd edək ki, iyunun 5-də keçiriləcək Millətlər Liqasının yarımfinalında Fransa İspaniya ilə qarşılaşacaq. Final matçı isə 3 gün sonra reallaşacaq.