"Liverpul" 19 yaşlı futbolçu üçün hərəkətə keçdi



 12:44 04.06.2025     244

"Liverpul" rəhbərliyi "Sauthempton"un yarımmüdafiəçisi Tayler Diblinqin transfer imkanlarını araşdırır.

Demedia.az xəbər verir ki, bu barədə "Anfield Watch" məlumat yayıb.

Mənbənin yazdığına görə, "qırmızılar" 19 yaşlı ingilis futbolçunun keçidi üçün 55 milyon funt sterlinq ödəməyə hazırdır. Gənc oyunçunu "Mançester Yunayted", "Mançester Siti" və "Tottenhem" də izləyir.

Diblinq 2024/25 mövsümündə "Sauthempton"un heyətində bütün turnirlər üzrə 38 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.