"Trabzonspor" Türkiyə çempionu oldu
Türkiyə Super Liqasında 2021/2022 mövsümünün çempionu sona 3 tur qalmış müəyyənləşib.
Demedia.az-ın məlumatına görə, XXXV turda evdə "Alanyaspor"la 2:2 hesablı heç-heçə edən "Trabzonspor" sona 3 tur qalmış qızıl medalları təmin edib.
Hesabı 3-cü dəqiqədə meydan sahiblərindən Andreas Kornelius açıb. 51-ci dəqiqədə Alassan Ndao bərabərlik qolunu vurub. 56-cı dəqiqədə Fredi Ribeyro "Alanyaspor"un qazandığı penaltini dəqiq yerinə yetirə bilməyib. Əvəzində 62-ci dəqiqədə Dorukhan Toköz "Trabzonspor"u yenidən önə keçirib. 80-ci dəqiqədə isə qonaq komandadan Haci Rayt yekun nəticəni müəyyənləşdirib.