Futbol oyunlarının vaxtı 60 dəqiqəyə endirilə bilər



 16:29 06.05.2022     581

Futbol oyunlarının vaxtı 90 dəqiqədən 60 dəqiqəyə endirilə bilər.

Demedia.az "Daily Mail" nəşrinə istinadən verdiyi xəbərə görə, sözügedən təklifi UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA məsələni nəzərdən keçirir.

Tanınmış hakim Mark Klattenburq bununla bağlı yazısında bildirib ki, "təmiz vaxt" tətbiqi də müzakirə edilir: "Hakimlər oyunda dayanmaların mübahisəli məsələ olduğunu bilirlər. Qalib komanda sonda az, məğlub tərəf isə daha çox vaxt tələb edir. Düşünürəm ki, bunun həll yolu "təmiz vaxt"ı tətbiq etmək və matçları 60 dəqiqə etməkdir. Kollina, FIFA və IFAB hazırda bu ideyanın üzərində işləyir. Bu sistem basketbolda var. Futbolda da tətbiq oluna bilər.

Bu sistemdə top kənarda olanda, futbolçular zədələnəndə və hakimlərlə söhbət edəndə matçın vaxtı dayandırılacaq. Beləliklə, hər matçın müddəti müəyyənləşəcək və vaxt məsələsindəki ziddiyətdən xilas olacağıq".