Mbappe Tyerri Anrinin rekordunu qırıb
Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe Tyerri Anrinin rekordunu qırıb.
Demedia.az-ın məlumatına görə, 24 yaşlı hücumçu buna "Monpelye"yə 4:0 hesabı ilə qalib gəldikləri Liqa 1-in XXXVII tur oyununda nail olub.
Görüşdə bir qol və iki məhsuldar ötürmə ilə yadda qalan forvard 2021/2022 mövsümündə Paris təmsilçisində və yığmada 70 qolun vurulmasında iştirak edib.
Bu, XXI əsrdə fransalı oyunçular arasında ən yaxşı göstəricidir. Fransa millisinin sabiq oyunçusu Tyerri Anri 2022/2003 mövsümündə 68 qolun vurulmasında pay sahibi olub.