7-ci dəfə Bundesliqanın ən yaxşı bombardiri oldu



 20:45 15.05.2022     527

Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Demedia.az xəbər verir ki, bu, "Bavariya"nın hücumçusu Robert Levandovskidir. Polşalı futbolçu cari mövsüm 35 qol vurub. Bununla da o, karyerasında 7-ci dəfə (ardıcıl 5-ci dəfə) Bundesliqanın ən yaxşı bombardiri olub.

Qeyd edək ki, Levandovski bu göstəricidə "Bavariya"nın sabiq hücumçusu Gerd Müllerə çatıb.