Məşhur futbolçu geyiminin üzərindəki LGBT rənglərinə qəzəbləndi: Oyuna çıxmaqdan imtina etdi / FOTO
"Paris Sen-Jermen" klubunun müsəlman futbolçusu İdrissa Qana Gueye “Monpelye” ilə qarşılaşmaya çıxmaqdan imtina edib.
Demedia.az xəbər verir ki, buna səbəb idman formalarındakı rənglər olub. Bildirilir ki, “Paris Sen-Jermen” klubu “Monpelye” ilə qarşılaşmaya LGBT rənglərindən ibarət xüsusi forma ilə çıxıb. Müsəlman futbolçu isə bu formanı geyməkdən imtina edərək, oyuna çıxmayıb. Yerli media yazır ki, hələ oyundan əvvəl futbolçular hazırlanarkən İdrissa Qana Gueye idman formasının üzərindəki rəngələrə qəzəblənib.
Qeyd edək ki, Fransa 1-ci liqasının son turunda bütün klublar Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü münasibətilə oyunlara üzərində göy qurşağı rənglərinin olduğu geyim ilə çıxıblar.