Qurban Qurbanov: "Hədəf Çempionlar Liqasının qrupuna düşməkdir"
"Biz hansı turnirdə iştirak ediriksə, orada hədəfə maksimum çatmaq istəyirik".
Demedia.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
50 yaşlı mütəxəssis növbəti hədəflərinin UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək olduğunu bildirib: "Amma nəzərə almalıyıq ki, rəqiblər də bunu istəyir. Qarşıda bizi qeyri-sabit günlər gözləyir. Bəzi futbolçular milli komandalara gedəcəklər. İlk oyuna hazırlaşmaq üçün az vaxtımız olacaq. Hədəf Çempionlar Liqasının qrupuna düşməkdir. Bunun üçün daha çox güc sərf edəcəyik. Hədəfə çatmaya bilərik, amma döyüşməyə bilmərik".