Aleksander Çeferin: "Heç bir klub UEFA-ya göstəriş verə bilməz"



 09:54 26.05.2022     371

"UEFA-nın kifayət qədər ciddi maliyyə feyr-pley qaydaları var. Bunlara əməl etməyənlər bizim bayrağımız altında keçirilən yarışlarda iştirak etməyəcək".

Demedia.az-ın məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin BBC-yə Fransanın PSJ klubunun Kilian Mbappe ilə imzaladığı yeni müqavilədə maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner qeyd edib ki, nə İspaniya "Real Madrid"i, nə də başqa bir klub Avropa futbol qurumuna göstəriş verə bilər: "Başa düşürəm, hazırda Madrid təmsilçisi bu keçidin alınmamasına görə qəzəblidir. Amma bildiyimə görə, onların təklifi də PSJ-nin şərtlərinə bənzəyirdi".

Xatırladaq ki, Kilian Mbappe PSJ ilə 3 illik yeni sözləşməyə imza atıb. 24 yaşlı hücumçu buna görə 300 milyon avro bonus qazanıb. Onun Paris təmsilçisindəki illik gəliri isə 100 milyon avro olacaq.