"Karyeramın ən maraqlı finalı oldu" - "Qarabağ"ın kapitanı



 09:55 28.05.2022     265

"Azərbaycan Kubokunda 5 dəfə final oynamışam. Ən maraqlısı bu oldu. Çünki qalib penaltilər seriyasında müəyyənləşdi".

Demedia.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev Qəbələdə "Zirə"yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

33 yaşlı müdafiəçi bildirib ki, məhz onun kobud səhvindən sonra qapılarında qol görüblər: "Bundan sonra ancaq hesabı bərabərləşdirmək haqqında düşünürdüm. Amma komanda yoldaşlarım çox rahat idi".

Azərbaycan millisinin üzvü rəqibin çox yaxşı mübarizə apardığını vurğulayıb: "Bizə fərqlənmək üçün çox az imkan verdilər. Belə bir finaldan sonra hiss etdim ki, bu gün daha çox sevinirəm. Burada azarkeşlərin yaratdığı ab-hava da önəmli oldu".

Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan titula sahib çıxıb.