ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər
Çempionlar Liqasında 2021/2022 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Demedia.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər sırasında "Real"ın 3 futbolçusu - Vinisius Junior, Kazemiro, Kurtua və "Liverpul"un 1 futbolçusu - İbrahima Konate yer alıb.
Qeyd edək ki, "Real" ÇL-in finalında "Liverpul"u 1:0 hesabı ilə məğlub edərək tarixində 14-cü dəfə sözügedən turnirin qalibi olub.