Ançelotti onun üçün israrlıdır
"Real" "Mançester Siti"nin futbolçusu Qabriel Jesusu transfer etmək istəyir.
Demedia.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Madrid təmsilçisinin baş məşqçisi 25 yaşlı hücumçunu komandasında görməyə israrlıdır. O, Jesusu bu mövsüm almağa çalışdıqları, lakin müvəffəq ola bilmədikləri Kilian Mbappenin əvəzedicisi kimi görür. "Kral klubu" artıq braziliyalı forvard üçün danışıqlar aparır.
Qeyd edək ki, Jessus geridə qalan mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 41 oyunda 13 qol vurub və 11 qolun ötürməsini verib.