Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu



 23:32 11.06.2022     386

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Demedia.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.

"İdman TV" telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.

Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.

Üçüncü yer uğrunda görüşdə isə Bolqarıstan Qazaxıstanı 4:1 hesabı ilə yenib. 

Qeyd edək ki, Azərbaycan millisinin son 3 görüşündə yendiyi komandalar daha əvvəl Avropa çempionu olublar. Yığma yarımfinalda Qazaxıstana 3:2, 1/4 finalda Slovakiyaya 1:0 hesabı ilə qalib gəlib.